Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Sosial

19 İyun 2024 21:43 374


Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən Parlament prospekti, Mehdi Hüseyn və Teymur Elçin küçələrində aparılan təmir işləri ilə əlaqədar bu gün saat 20:00-dan sabah saat 23:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Toyuqlu pizza

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!