Sumqayıtda sərnişin sürücünü hədələyərək pulunu talayıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, iyunun 29-da Sumqayıt şəhəri "Qurd dərəsi" bağlar sahəsində “Khazar” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 300 manatını talaması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin İsgəndərov müəyyən olunaraq saxlanılıb. Pepperoni pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız