“Şuşa” söküldü: “Ciyərxana”, “Green cafe”, “Bakı restoranı”...

saytların hazırlanması

Evə çatdırılma

“Şuşa” söküldü: “Ciyərxana”, “Green cafe”, “Bakı restoranı”...

Sosial

09 Yanvar 2025 14:47 848


Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur “Şuşa” restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.

Axar.az-ın əldə etdiyi məlumata görə, həmin ərazidə yerləşən “Green cafe”, “Bakı restoranı”, “Ciyərxana” kimi obyektlər də söküləcək.

Nərimanov RİH-dən bu barədə sorğumuza cavab olaraq bildirilib ki, bu, onların səlahiyyətində deyil. Dördpendirli pizza

Maraqlıdır ki, “Şuşa” restoranının sökülməsi haqda məlumatı Nərimanov RİH yaymışdı. Görünür, parkın yarısı Nərimanov İH-in “səlahiyyətinə” aiddir, yarısı yox!

Xatırladaq ki, ötən gün Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumatda “Şuşa” restoranının ərazisinin park statusu daşıdığı, buna görə restoranın söküldüyü bildirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!