Şuşa-Xankəndi yolunda keçirilən aksiyadakı azərbaycanlı həkimlərdən MÜRACİƏT

saytların hazırlanması

Evə çatdırılma

Şuşa-Xankəndi yolunda keçirilən aksiyadakı azərbaycanlı həkimlərdən MÜRACİƏT

Hadisə

16 Dekabr 2022 00:12 945


Şuşa-Xankəndi yolunda növbəti dəfə Rusiya sülhməramlıları özlərinə məxsus maşınlarda ermənilərə humanitar yardım aparıblar.

Yenisabah.az xəbər verir ki, Laçın istiqamətindən Xankəndi istiqamətinə göndərilən humanitar yardım maşınlarının keçidinə aksiya iştirakçıları tam şərait yaradıblar.

Həmçinin aksiyada iştirak edən Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri milliyətindən asılı olmayaraq hər kəsə kömək etməyə hazır olduqlarına dair müraciətlə çıxış ediblər. pizza

Qeyd edək ki, bu faktlar bir daha göstərir ki, nə Azərbaycan dövlətinin, nə də aksiyada iştirak edənlərin dinc erməni əhalisi ilə heç bir problemi yoxdur. Rusiya sülhməramlılarına məxsus maşınların aksiya keçirilən yerdən sərbəst hərəkəti isə növbəti sübutdur ki, yolu heç də aksiya iştirakçıları bağlamayıb, yol Rusiya sülhməramlıları tərəfindən bağlanılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!