Şuşanın sabiq hərbi komissarına hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Şuşanın sabiq hərbi komissarına hökm oxundu

Kriminal

03 Aprel 2025 14:55 523


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Seymur Qurbanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Pepperoni pizza

Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3. (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4. (Xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.

Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!