Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılmasına dair müzakirələrdə “Kalininqrad modeli”nin (Suvalki dəhlizi) tətbiqi ilə bağlı fikirlər irəli sürülür. Bu modelə əsasən, Rusiya Litva-Polşa sərhədini ayıran yoldan Kalininqrad vilayətinə nəqliyyat dəhlizi kimi istifadə edir. Əsas nüans Rusiyanın hərbi yüklər istisna olmaqla, digər bütün nəqliyyat daşımaları zamanı heç bir yoxlanış və rüsumun tələb olunmamasıdır.
Zəngəzur dəhlizi ilə bağlı bu modelin tətbiqi realdırmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi şərhçi Natiq Miri bunun əslində, ən optimal variant olduğunu qeyd edib. Dördpendirli pizza
“Əgər söhbət sadəcə olaraq Rusiya sərhəd qoşunlarının prosesə nəzarət etməsindən gedirsə, bu, 10 noyabr bəyanatında öz əksini tapıb. Ancaq söhbət Zəngəzur dəhlizinin “Kalininqrad variantı” ilə açılmasından gedirsə, bu heç bir ölkənin suverenliyini təhdid etmir.
1997-ci ildə Rusiya və Litva arasında Kalninqrad vilayətinə gediş-gəlişin təmin olunması ilə bağlı konkret saziş imzalanıb. Bu saziş konkestində dəhliz vizasız tranzit prinsipini ehtiva edir. Bu o deməkdir ki, Rusiya vətəndaşları hər iki tərəfə yoxlanılmadan və maneəsiz keçib gedə bilir. Bu qayda həm vətəndaşlara, həm də daşınan yüklərə aiddir. Həmin model tətbiq olunsa, Ermənistana heç də təhlükə yaranmayacaq, çünki Litva hökuməti Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar qəbul etdiyi qərarla, Rusiyanın Kalininqrada hərbi silah-sursat daşımasını qadağan edib. Bu hüquq eyni qaydada Ermənistana da verilə bilər”.
Natiq Mirinin sözlərinə görə, “Kalininqrad modeli” Ermənistan üçün də olduqca sərfəlidir.
“Azərbaycanın təklifi bundan ibarətdir ki, bu dəhliz bütün xarici dövlətlərin yükləri üçün beynəlxalq ticarət mexanizmi kontekstində işləməlidir. Yəni Ermənistanın gömrük və sərhəd strukturları öz rüsumlarını tətbiq edə və daşınan yükləri yoxlaya bilər. Ancaq Azərbaycandan Naxçıvana gedən yük və vətəndaşlar heç bir rüsum və yoxlamadan keçmədən, azad şəkildə təmin edilməlidir. Ən optimal variant də elə məhz budur. Ermənistan bəhanələr yerinə bu ağıllı təklifi düşünsə, olduqca qazanclı çıxa bilər”.
Nazim Hacıyev
Telegram kanalımız