Şirvanda taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, 2 taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə şübhəli bilinir.
Bu, Salyan rayon sakini Elvin Vəliyevdir. Pepperoni pizza
Dindirilmə zamanı sonuncu törətdiyi əməlləri etiraf edib.
E.Vəliyev sərnişin qismində əyləşdiyi taksilərdə sürücülərdən tanışına zəng etmək adı ilə mobil telefonlar istəyib. Zərərçəkmişlərin telefonlarını aldıqdan sonra isə adıçəkilən şəxs avtomobillərdən düşüb və qaçaraq uzaqlaşıb.
Saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız