Taksidə quş saxlayan sürücüyə dair rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Taksidə quş saxlayan sürücüyə dair rəsmi açıqlama

Sosial

02 Mart 2024 13:34 9740


Sosial şəbəkələrdə bir taksi sürücüsünün avtomobilin içini gül-çiçək və canlı quşlarla bəzəməsi olduqca maraqla qarşılanıb. Bir çox istifadəçi həmin addımını xoş qarşılasa da, bəziləri bunun sürücünün diqqətini yayındıracağını qeyd edib.

Mövzu ilə bağlı Dövlət Yol Polisindən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür hallarda heç bir cərimə və ya məsuliyyət nəzərdə tutulmur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin baş inspektoru Araz Əsgərli sözügedən vəziyyətin sürücünün diqqətini yayındırmadığını bildirib. Marqarita pizza

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə əksinə, belə halların maşını idarə edərkən sürücünün diqqətini yayındıra biləcəyini qeyd edib:

“Kadrdan da göründüyü kimi, quşlar qəfəsdə deyil. Belə olan halda onlar anidən uça və sürücünün diqqətini yayındıra bilər. Eyni zamanda, digər ev heyvanlarının da taksidə və ümumiyyətlə, nəqliyyat vasitəsində açıq şəkildə aparılmasını düzgün hesab etmirəm.

Doğrudur, taksi sürücüsü müştərilərin diqqətini cəlb edəcək maraqlı bir təşəbbüs edib, ancaq nəzərə alınmalıdır ki, bu hal qəza riski yarada bilər və həm özü, həm də sərnişinlər üçün təhlükə törədər”.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sənan
    Eldəniz kimdirsə sözüm onadır ki insan psixologiyasına xeyri olan təbbiətdir yəqin ki bu qardaşda bununla rahatlıq tapir hamıda məmnundur yol polisi belə bildirir ki qanunsuz bir iş görülməyib ama dirəşir ki yoxe bu düzgün deyil ????pul qoparmaq üçün can atr kimdirsə
    2 years ago