"Hökumətin ədaləti həzrət Əlinin ədalətinə bənzər olmalıdır".
Yenisabah.az "Tolou News"a istinadla xəbər verir ki, bunu Əfqanıstan "Taliban" hərəkatının rəhbəri Mövləvi Hebətullah Axundzadə deyib.
Bu gün Kabildə Loi Cirgənin (bütün ölkə ağsaqqalarının şurası - red.) iclası keçirilib. Dominos pizza
Əfqanıstanın 34 vilayətindən 3 mindən çox din alimi və etnik liderin iştirak etdiyi bu toplantıda "Taliban" rəhbəri Mövləvi Hebətullah Axundzadə iştirak edib.
Axundzadə Amerika ilə müharibənin ideyalar əsasında aparıldığını və bu müharibənin Qiyamətə qədər davam edəcəyini deyib:
"İslamla küfrün qarşıdurmasında sülhün mümkünlüyü yoxdur, olmayacaq da. Məqsədimiz Allahın rizasıdır.
İslam şəriəti ilə ölkəni iki yolla idarə etmək olar: birincisi, qüdrətli hökmdarların mövcudluğu və ikincisi, alimlərin həmkarlığı və yoldaşlığı. Ədalət yəhudi ilə məhkəməyə gedən həzrət Əlinin (ə.) ədaləti kimi olmalıdır. Heç bir günahsız adam həbsxanada olmamalıdır, hökumətin sağ qalmasına zəmanət verən ədalətdir".
O, təhlükəsizliyin yaradılmasının zəruriliyini vurğulayıb, idarəçilikdə regionçuluq və etnik ayrı-seçkilik əleyhinə çıxıb.
Telegram kanalımız