“Taliban” Vaxan dəhlizini İran üçün açır

saytların hazırlanması

Evə çatdırılma

“Taliban” Vaxan dəhlizini İran üçün açır

Dünya

07 Noyabr 2023 15:17 725


"Taliban" baş nazirinin müavini Molla Əbdülqəni Bəradər Axund başda olmaqla, nümayəndə heyətinin İrana səfəri başa çatıb. 

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, "Taliban" İran və Çin arasında birbaşa ticarət və iqtisadi əlaqələrin qurulması üçün Vaxan vadisini (Əfqanıstanın Çinlə həmsərhəd Bədəxşan əyaləti) verməyə hazır olduğunu bəyan edib.

Tərəflər bu istiqamətdə əsas və praktiki işləri sürətləndirmək üçün birgə qruplar yaratmağa razılaşdılar. pizza mizza

"Taliban", həmçinin, Əfqanıstan ərazisindən keçməklə İranı Özbəkistanla birləşdirməyə, bu marşrut üzrə dəmir yolu layihəsini Vaxan dəhlizinə qədər uzatmağa hazırdır.

İran rəsmiləri ilə görüşlərdən sonra İranın Çabahar limanı vasitəsilə Əfqanıstanın ixrac və idxalının artırılmasına dair razılaşmalar əldə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!