“Taliban“a Pekində səfirlik açmaq izni verildi

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“a Pekində səfirlik açmaq izni verildi

Dünya

04 Aprel 2022 15:15 694


Çin hökuməti "Taliban"a Pekində səfirlik açmasına icazə verdiyini açıqlayıb.

Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu "Taliban"ın xarici işlər naziri Əmir Xan Müttəqi bildirib.

O, Əfqanıstanın Pekindəki səfirliyinə yeni diplomatları qəbul etdiyi üçün Çinə təşəkkür edib. pizza mizza

Müttəqi əlavə edib ki, bu, rəsmi Pekinin xoş niyyətinin əlamətləridir.

“Biz İŞİD-i nəzarətdə saxlayırdıq və biz hakimiyyətə gələndən İŞİD heç bir hücum həyata keçirə bilmədi. Çünki sərhədlərə nəzarət edirik. "Taliban" heç kimə Əfqanıstan ərazisindən başqa ölkələrə qarşı həmlə etməyə icazə verməyəcək”, - deyə Müttəqi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!