Tanınmış iş adamı nəvələri ilə birgə təyyarə qəzasında öldü - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış iş adamı nəvələri ilə birgə təyyarə qəzasında öldü - FOTO 

Dünya

16 Avqust 2024 13:54 845


Braziliyanın mərkəzi Matu-Qrosu ştatında kiçik ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində tanınmış iş adamı Arni Spirinq də daxil olmaqla 5 nəfər həlak olub. 

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə yerli "G1" portalı ştatın hərbi polisinə istinadən məlumat yayıb. 

Qeyd olunub ki, "King Air" təyyarəsi Apiakas bələdiyyəsinin kənd ərazisinə düşüb. Təyyarə qəzasının qurbanları 70 yaşlı iş adamı Arni Spirinq, onun iki nəvəsi, Spirinqin həmkarı və pilot olub.  pizza

Ştat polisinin məlumatına görə, təyyarə havada partlayıb, daha sonra fermanın yaxınlığında yerə çırpılıb. Hadisənin səbəbləri araşdırılır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!