Tanınmış jurnalist infarkt keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalist infarkt keçirdi

Sosial

17 Sentyabr 2020 16:30 4201


Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov infarkt keçirib.

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə vasitəsilə məlumat yayıb. Ceyhun Əsgərov qeyd edib:

"Bu həyatda skeptik olmaq çox rahatdır. Mən də həmişə bu rahat yolu seçib, bir çox məsələlərə kənardan, sanki mənə heç bir toxunuşu olmayacaq kimi yanaşmışam. Amma indi infarkt diaqnozu ila yataqda düşünürəm ki, bəlkə də səhv etmişəm". Pepperoni pizza

Qeyd edək ki, ANS-də məşhurlaşan C.Əsgərov bir sıra media qurumlarında çalışıb və hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində mətbuat xidmətinin rəhbəridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!