Tanınmış müsəlman din xadimi vəfat etdi  

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış müsəlman din xadimi vəfat etdi  

Dünya

06 Avqust 2024 09:29 609


Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev vəfat edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Dağıstan müftiliyi məlumat yayıb. 

İsmayıl Berdiyev 27 fevral 1954-cü ildə Qazaxıstan SSR-in Belye Vodı kəndində anadan olub. Təhsilini Buxarada Miri Ərəb mədrəsəsində, Daşkənd İslam İnstitutunda və Misirin Qahirə Əl-Əzhər Universitetində alıb.  Pepperoni pizza

O, 1989-cu ildə Stavropol Karya Müsəlmanları Kazyatının sədri seçilib. 1991-ci ildə Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri olub. 2003-cü ildə Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri seçilib. 2004-cü ildə Prezident yanında Dini Qurumlarla Əməkdaşlıq Şurasının üzvü olub. 2024-cü ilin fevralında IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!