Tanınmışlara yağ-bal satan Əməkdar artist - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tanınmışlara yağ-bal satan Əməkdar artist - VİDEO

Şou

02 May 2023 16:31 1078


Əməkdar artist Sevinc Sarıyevanın qoyun-keçi və toyuq-cücədən ibarət ferması olduğu üzə çıxıb. 

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə “Günün sədası” verilişində məlumat yayılıb. 

Sənətçi bildirib ki, onun fermasından əldə edilən qida məhsullarını həmkarı Əməkdar artist İlkin Əhmədov alır:  Marqarita pizza

“Süddən hazırlanan yağı ən çox İlkin Əhmədov alır. Ayda dörd banka ərinmiş yağ alır məndən. Südün yağına “çiyə” deyirlər, o da bizdə var. Çox dadlı bir süd məhsuludur”. 

S.Sarıyeva fermasından başqa bir neçə həftə əvvəl açdığı gözəllik salonundan da söz açıb. Xanəndə bildirib ki, tezliklə heyvanlar üçün də baxım salonu açacaq: 

“Yeni gözəllik salonu açmışam. Tezliklə həmin gözəllik salonunun yanında heyvanlar (it, pişik – red.) üçün nəzərdə tutulan baxım salonu açacağam. İndi bu kimi heyvan salonlarına ölkəmizdə təlabat var”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!