Tanışını girov götürüb qayçı ilə qulağını kəsdi - Sumqayıtda   DƏHŞƏT

saytların hazırlanması

Evə çatdırılma

Tanışını girov götürüb qayçı ilə qulağını kəsdi - Sumqayıtda DƏHŞƏT

Kriminal

12 Mart 2025 23:03 1243


Sumqayıtda film kimi cinayət hadisəsi olub.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Məlumata əsasən, Ə. Z. satış məqsədi olmadan naməlum mənbədən heroin əldə edərək özündə saxlayıb. O, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən binalardan birinin qarşısında saxlanılıb və həmin narkotik şalvarının cibində aşkar olunaraq götürülüb. pizza mizza

Bundan başqa, Ə. Z. naməlum şəxsdən "Makarov" markalı tapança, ona aid 1 ədəd daraq və 176 ədəd patron əldə edərək, qardaşının işlədiyi taxta emalatxanasının gözətçi otağında gizlədib. Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində odlu silah həmin gözətçi otağında aşkar olunub və müsadirə edilib.

Təqsirləndirilən şəxs özündə narkotik vasitə və silah olması barədə məlumatı S. K.-nin polisə xəbər verdiyini düşünüb. Bunun üçün o, S. K.-ni görüşmək adı ilə çağıraraq, avtomobilə əyləşdirib və dostlarının Corat qəsəbəsindəki evinə aparıb. Burada ev sahibi olan dostuna S. K. ilə təkbətək söhbət etməli olduğunu və bunun üçün də onları tək qoymasını istəyib. Ev sahibi gedəndən sonra aralarında polisə şikayət məsələsi üstündə münaqişə baş verib. Münaqişə zamanı Ə. Z. mətbəxdən silah qismində qayçı götürüb. Qayçı ilə S.K.-nın boynuna, başının müxtəlif hissələrinə, əlinə, dizinə və hər iki qulağına kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Səs salmaması üçün zərərçəkənin əlini və ayaqlarını iplə, ağzını isə əski parçası ilə bağlayıb.

Ev sahibi qayıdanda isə ona 10-15 dəqiqəlik işi olduğunu və yenidən qayıdacağını deyib. Lakin sonradan evə qayıtmayıb.

Zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciəti əsasında Ə. Z. saxlanılıb və barəsində cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin hökmü ilə Ə.Z. 6 il müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!