Tapdığı avtomatı polisə təhvil verməyən şəxs saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Tapdığı avtomatı polisə təhvil verməyən şəxs saxlanıldı 

Kriminal

17 Yanvar 2024 11:19 719


Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Xasməmmədovu üzərində qanunsuz olaraq odlu silah-sursat saxladığı üçün tutulub. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı və şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. R.Xasməmmədov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və polisə könüllü təhvil vermək yerinə satmaq üçün özündə saxladığını bildirib.  Marqarita pizza

Araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!