Tarkanın konsert verəcəyi səhnə dağıldı    - Foto

saytların hazırlanması

Evə çatdırılma

Tarkanın konsert verəcəyi səhnə dağıldı  - Foto

Şou

08 Sentyabr 2022 11:22 913


Tarkanın İzmirdə konsert verəcəyi ərazidə nəhəng platforma çöküb. 

Yenisabah.az xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsi sentyabrın 9-da şəhərin düşmən işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə müxtəlif tədbirlər təşkil edib. Planlaşdırılan tədbirlər çərçivəsində Meqastar Tarkanın on minlərlə insanın iştirak edə biləcəyi Respublika Meydanı yaxınlığındakı Kordonboyunda Konsert verəcəyi açıqlanıb.

Günlər əvvəl açıqlanan bu xəbər sənətçinin pərəstişkarlarını həyəcanlandırsa da, konsertin keçiriləcəyi ərazidə nəhəng səhnənin quraşdırılması üçün təxminən bir həftə əvvəl işlərə başlanılıb. pizza mizza

Komandalar uzaqdan tamaşaçıların izləməsi üçün səhnə, musiqi sistemi və nəhəng ekranların quraşdırılması işlərini davam etdirərkən, Tarkanın dünən saat 23:00 radələrində konsert verəcəyi səhnədəki nəhəng platforma böyük səs-küydən sonra çöküb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!