Taxıl daşıyan daha bir gəmi Ukrayna limanından çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Taxıl daşıyan daha bir gəmi Ukrayna limanından çıxdı

Dünya

13 Avqust 2022 13:51 1028


“Fulmar S” yük gəmisi avqustun 13-də Ukraynanın Çornomorsk limanını tərk edərək Türkiyənin İsgəndərun limanına doğru hərəkət edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb.

12 min ton buğda daşıyan gəmi Barbados bayrağı altında üzür. Pepperoni pizza

Bundan əvvəl Marşal adaları bayrağı altında günəbaxan tumları daşıyan “Thoe” yük gəmisi Ukraynanın Çornomorsk limanını tərk edərək Türkiyəyə doğru hərəkət edir.

İstanbuldakı müştərək koordinasiya mərkəzi avqustun 13-də Ukrayna limanlarından taxıl daşıyan iki gəminin yola salınmasına icazə verib. “Thoe” quru yük gəmisi Çornomorskdan Türkiyənin Tekirdağ limanına 2,9 min ton günəbaxan tumunu daşıyacaq. Daha bir “Fulmar S” gəmisi 12 min ton buğda ilə Çernomorskdan yola düşərək Türkiyənin İskəndərun limanına yollanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!