TBMM-in komissiyası hesabat qəbul etdi:   Ermənistan müharibə cinayəti törədib

saytların hazırlanması

Evə çatdırılma

TBMM-in komissiyası hesabat qəbul etdi: Ermənistan müharibə cinayəti törədib

Siyasət

15 Aprel 2021 18:58 896


Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Haqlarını Araşdırma Komissiyasının iclası keçirilib.

Yenisabah.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, AKP Bursa millət vəkili Hakan Çavuşoğlunun sədrliyi ilə keçirilən iclasda Komissiyanın 44 günlük Vətən müharibəsində Ermənistanın insan haqları pozuntularını əks etdirən hesabatı müzakirə edilib.

Bildirilib ki, Ermənistan ordusunun Azərbaycanın Gəncə, Tərtər və Bərdə şəhərlərinə hücumları nəticəsində həyatını itirən mülki şəxslərin yaxınları ilə görüşlər keçirilib və səlahiyyətli şəxslərdən məlumatlar toplanıb: “İkinci Qarabağ müharibəsində Ermənistan ordusu beynəlxalq insan hüququ normalarını sistemli şəkildə tapdalayıb, fosforlu mərmilər kimi qadağan olunmuş silahlardan istifadə edib, qəsdən yaşayış məntəqələrini, qəbiristanlıqları, məktəbləri, səhiyyə müəssisələrini, mədəni abidələri atəşə tutub”. pizza hut

Qeyd olunub ki, Ermənistan müharibə cinayəti törədib.

Vurğulanıb ki, 44 günlük savaş Türkiyədə yaşayan erməni əsilli vətəndaşlarda narahatlıq yaradıb, erməni ictimaiyyətinə qarşı heç bir təzyiq qeydə alınmayıb. Bəzi media qurumlarının törətdiyi təxribatların qarşısı alınıb və Türkiyə hökumətinin erməni əsilli vətəndaşların təhlükəsizliyi istiqamətində gördüyü tədbirlər məmnuniyyətlə qarşılanıb.

Müzakirələrdən sonra komissiya hesabatı təsdiqləyərək qəbul edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!