TƏBİB-in şöbə müdirinə “Facebook” qadağası:   Statusunu sildirib, səhifəsini bağlayıblar

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-in şöbə müdirinə “Facebook” qadağası: Statusunu sildirib, səhifəsini bağlayıblar

Sosial

19 Dekabr 2020 16:09 1391


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) keçmiş mətbuat katibi, hazırda bu qurumda şöbə müdiri vəzifəsində çalışan Rəvanə Əliyevanın “Facebook” səhifəsi bağlanıb. 

Yenisabah.az xəbər verir ki, hazırda onun sosial şəbəkədəki profili aktiv deyil.

Xatırladaq ki, TƏBİB rəsmisi bu gün status paylaşaraq jurnalistlərin ünvanına əsassız ittihamlar irəli sürmüşdü. Onun bu qeyri-etik, vəzifəli şəxsə yaraşmayan davranışı medianın mövzusuna çevrilmiş və sərt qınanmışdı. Görünür bu kimi məsuliyyətsiz hərəkətləri ilə TƏBİB rəhbərliyinin də qəzəbinə tuş gələn şöbə müdirinə həm paylaşdığı statusu sildiriblər, həm də sosial şəbəkədə görünməyi ümumiyyətlə qadağan ediblər. pizza

TƏBİB-in şöbə müdirinin bir neçə saat öncə paylaşdığı status və bu barədə hazırlanan yazı ilə aşağıdakı linkdən keçid etməklə tanış ola bilərsiniz:

https://yenisabah.az/tebib-sedrinin-himaye-etdiyi-sobe-mudirinden-tehqiramiz-sozler

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!