TƏBİB rəhbəri: 3 mindən çox tibbi xidmət ödənişsizdir

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB rəhbəri: 3 mindən çox tibbi xidmət ödənişsizdir

Sosial

23 Dekabr 2024 11:50 501


Hazırda 3 min 315 sayda tibbi xidmət əhaliyə ödənişsiz əsaslarla göstərilir.

Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin 90 faizdən çoxunun TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilməsi mümkündür. pizza sifarişi

V.Qurbanov qeyd edib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icbari tibbi sığorta hesabına sığortaolunanlara Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin ümumi məbləği 809 milyon 724 min 452 manat təşkil edib.

O əlavə edib ki, müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan obliqat qruplarla bağlı 246 xidmət paketi formalaşdırılıb və tarifləri təsdiq edilib:

“Beləliklə, “Tibbi sığorta haqqında” qanuna əsasən, sığortalı hesab edilməyənlər üçün göstərilən tibbi xidmətlərə də müvafiq əlavələr edilib və hazırda 4 min 931 sayda tibbi xidmət və tarifləri təsdiqlənib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!