TƏBİB rəsmisindən karantinin sərtləşəcəyi xəbərlərinə   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB rəsmisindən karantinin sərtləşəcəyi xəbərlərinə AÇIQLAMA

Sosial

25 Sentyabr 2020 00:33 1024


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində ölkədəki epidemioloji vəziyyət haqqında danışıb. 

Yenisabah.az xəbər verir ki, o qeyd edib ki, tez-tez səslənən karantin şərtlərinin sərtləşəcəyi fikrinə inanmır: 

“Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə,  inanmıram ki, gələcəkdə hər hansı sərtləşdirici karantin tədbirləri olsun. Pepperoni pizza

Ola bilər ki, yoluxmaların sayında artım görülsün. Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!