Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində 1 nəfər ölüb və 2 nəfər yaralanıb.
Yenisabah.az xəbər verir ki, TƏBİB baş verən hadisə ilə əlaqədar məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. Sezar pizza
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Hazırda onlara zəruri tibbi xidmət göstərilir.
Telegram kanalımız