Təbrizdə Ermənistanın Baş konsulluğu - Qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Təbrizdə Ermənistanın Baş konsulluğu - Qərar verildi

Dünya

25 Aprel 2024 12:03 363


Ermənistan hökuməti İranın Təbriz şəhərində Baş konsulluq açmaq haqqında qərar qəbul edib.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin aprelin 25-də keçirilən iclasında qəbul olunub.

Konsulluğun xərclərinin smetası da təsdiqlənib. İclasda baş konsulun aylıq əməkhaqqısının 2 565 dollar, yaxud Ermənistanın Tehrandakı səfirinin maaşının 5/6 nisbətində olması təsdiqlənib. Sezar pizza

Xatırladaq ki, 2022-ci il oktyabrın 21-də İranın Ermənistanın Qafan şəhərində Baş konsulluğu açılıb. 2023-cü ilin dekabrında İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahian Tehranda ermənistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında 2024-cü ilin əvvəlində Təbrizdə Ermənistanın Baş konsulluğunun açılacağını bəyan etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!