İsatanbulun Bağcılar bölgəsindəki yolda təcili yardıma yol verməyən betonqarışdıran maşın sürücüsü daha sonra onu təhqir edərək yola sement töküb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcili yardım maşınının sürücüsü həmin anları mobil telefonu ilə lentə alıb və üsyan edib.
Təcili yardım maşınının sürücüsünü təhqir etdiyi iddia edilən betonqarışdıran maşın sürücüsü yola və maşınların üzərinə sement töküb. Sezar pizza
Yolda hərəkətdə olan sürücülər yerə tökülən sement səbəbilə irəliləməkdə çətinlik çəkiblər.
Görüntülər sosial şəbəkələrdə gündəm olduqdan qısa müddət sonra sözügedən sürücü polis bölməsinə çağırılaraq cəzalandırılıb.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız