Təcili yardım maşınının sərxoş sürücüsü qəza törətdi:   Piyada öldü

saytların hazırlanması

Evə çatdırılma

Təcili yardım maşınının sərxoş sürücüsü qəza törətdi: Piyada öldü

Hadisə

14 Dekabr 2022 09:44 886


Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Bəkirov Natiq İlyaz oğlu hadisə yerində ölüb.

İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib. Sezar pizza

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!