Təhlükəli anlar: Eyfel qülləsi boşaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Təhlükəli anlar: Eyfel qülləsi boşaldıldı

Dünya

11 Avqust 2024 21:00 780


“Paris-2024” Yay Olimpiya Oyunlarının sonuncu günündə təhlükəsizliklə bağlı ciddi boşluq aşkara çıxıb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, mühafizə xidmətinin gözündən yayınan şəxs Eyfel qülləsinə dırmanıb. Heç bir qoruyucu vasitədən istifadə etməyən şəxs tikilinin Olimpiya halqalarının quraşdırıldığı hissəsindən də yuxarı dırmanmağa nail olub.

Polis qülləni boşaldıb və tikiliyə dırmanan şəxsi yerə endirib. Dindirmə zamanı onun Britaniya vətəndaşı olduğu müəyyən edilib. O, peşəkar alpinist olduğunu bildirib. pizza

Bu hadisə əhali arasında Oyunların təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!