“Təhlükəsizliyimiz naminə hər kəs müəyyən edilmiş qayda-qanuna ciddi riayət etsin” - Məhərrəm Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Təhlükəsizliyimiz naminə hər kəs müəyyən edilmiş qayda-qanuna ciddi riayət etsin” - Məhərrəm Əliyev

Sosial

04 Oktyabr 2020 20:58 1178


“Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş tapşırıqlarının uğurlu icrasını təmin edərək uzun illər işğal atında olan torpaqlarımızı azad edir, ərazi bütövlüyümüzü bərpa edir”.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev bildirib.

M.Əliyev qeyd edib ki, ordumuz düşmənə sarsıdıcı zərbələr endirir və hər gün müsbət nəticələr əldə olunur: pizza

“Sözsüz ki, bu qürurverici tarixi anlar bizim böyük sevincimizə səbəb olur, ərazi bütövlüyümüzün qısa zamanda bərpa olunacağı günü yaxınlaşdırır.

Lakin unutmamalıyıq ki, ölkəmizdə hərbi vəziyyət və karantin rejimi qüvvədədir. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə xahiş olunur ki, hər kəs müəyyən edilmiş qayda-qanuna ciddi riayət etsin.

Bir qədər təmkinli olaq, səbr nümayiş etdirək, Qələbə bizimlədir – Qarabağ Azərbaycandır!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!