İrandan Türkiyəyə qaz tədarükü ilə bağlı 25 illik müqavilənin uzadılması barədə razılığa gəliblər.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi məlumat yayıb.
İran prezidenti əlavə edib ki, tərəflər ticarət dövriyyəsinin artırılması istiqamətində işləmək barədə razılığa gəliblər: pizza mizza
“Biz qarşımıza 30 milyard dollar hədəf qoymuşuq, yəni hazırkı ticarətin həcmi 3 dəfə artmalıdır”.
Qaz nəqli müqaviləsinin təfərrüatları açıqlanmayıb. İran Tengiz-Ankara qaz kəməri ilə Türkiyəyə ildə 10 milyard kubmetr qaz tədarük edir. İran qazının Türkiyənin enerji balansında payı təxminən 15 faiz təşkil edir.
Telegram kanalımız