Tehranda savaş hazırlığı: Raketlər paytaxtda yerləşdirildi 

saytların hazırlanması

Evə çatdırılma

Tehranda savaş hazırlığı: Raketlər paytaxtda yerləşdirildi 

Dünya

23 Avqust 2024 17:05 454


İran Silahlı Qüvvələrinin "Zubin" hava hücumundan müdafiə sistemləri paytaxt Tehranda yerləşdirilib. 

Teleqraf.com xəbər verir ki, bu barədə İran KİV yazır. 

İsrailin "Dəmir Günbəz" müdafiə sisteminə bənzədilən "Zubin" birinci ilə oxşar mexaniki və zenit xüsusiyyətlərinə malikdir.  pizza mizza

Ekspertlər Tehranın bu addımının mümkün İran-İsrail toqquşmasına hazırlıq məqsədi daşıdığını deyirlər. 

İran rejimi iyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bu sui-qəsddə ittiham etdiyi İsrailə qisas vədi verib. Olaydan xeyli müddət keçməsinə baxmayaraq, İran hələ də bu vədini yerinə yetirməyib. 

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son açıqlamasına görə, İsrailə cavab tədbirlərini gözləmək xeyli vaxt ala bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!