"Tehranın nüvə silahı yaratmaq üçün texniki imkanları var, lakin belə bir vəzifə hökumətin gündəmində deyil".
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri, prezidentin müavini Məhəmməd Eslami deyib.
Onun sözlərinə görə, Tehrana qarşı nüvə silahı yaratmaq cəhdində ittihamlar əsassızdır: Dördpendirli pizza
“Bu saxta ittihamlar İsrailin antiinqilabçı qüvvələrin dəstəyi ilə ictimai rəyi aldatmaq üçün edilir".
M. Eslami bildirib ki, İranla fasiləsiz fəaliyyət göstərən Beynəlxalq Atom Enerjisi Agentliyi arasında konstruktiv əməkdaşlıq qurulub:
“Bizim bütün hərəkətlərimiz nüvə proqramını inkişaf etdirmək üçün MAQATE-nin nəzarəti altında olan Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində həyata keçirilir”.
Telegram kanalımız