Təhsil Nazirliyi şagirdlərin 2020-2021-ci tədris ili üzrə planlaşdırılan payız tətili ilə bağlı açıqlama verib.
Yenisabah.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, noyabrın 16-dan orta məktəblərdə şagirdlərin beş gün payız tətili olmalı idi. Lakin oktyabrın ortalarında pandemiya ilə əlaqədar şagirdlərə noyabrın 2-dək iki həftəlik tətil verildiyindən noyabrın 16-dan payız tətili olmayacaq.
Noyabrın 16-dan şagirdlər distant formada təhsillərini davam etdirəcəklər. pizza hut
Nazirlik tərəfindən iki həftəlik tətil verilən zaman onun kompensasiya ediləcəyi açıqlanmışdı. /Trend
Telegram kanalımız