“Telegram”da 22 min manatlıq dələduzluq

saytların hazırlanması

Evə çatdırılma

“Telegram”da 22 min manatlıq dələduzluq

Kriminal

13 Mart 2025 13:38 364


“Telegram”da vətəndaşları aldadaraq 22 min manatını ələ keçirən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Sumqayıt şəhər sakini olan 2 nəfər bank kartlarındakı pul vəsaitlərinin ələ keçirildiyi barədə polisə müraciət ediblər. “Telegram” sosial şəbəkəsində onlara mesajlar göndərilirb və paylaşılan məhsulları bəyənib maddi gəlir qazanacaqları vədi ilə aldadılıblar.

Kiberdələduzluq cinayətlərində iştirak edən 25 yaşlı Xəyal Orucov saxlanılıb. Qeyd olunan hüquqazidd əməllər nəticəsində iki vətəndaşa ümumilikdə 22 min manatdan çox maddi ziyan vurulub. pizza

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!