“Telegram”da dələduzluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Telegram”da dələduzluq edən şəxs saxlanıldı

Kriminal

08 Fevral 2025 13:19 253


Ağsuda sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini, 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb. Pepperoni pizza

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, o, “Telegram” sosial şəbəkə seqmentində “Remax” adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!