Təlimlərlə bağlı xaricdəki azərbaycanlılar ölkəyə çağırılır? - Deputatdan   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Təlimlərlə bağlı xaricdəki azərbaycanlılar ölkəyə çağırılır? - Deputatdan AÇIQLAMA

Sosial

24 Sentyabr 2020 19:35 1135


Sosial şəbəkələrdə xaricdəki azərbaycanlıların hərbi təlimlərə cəlb olunması məqsədi ilə ölkəyə çağırılması haqda iddialar səsləndirilir.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən millət vəkili Aydın Mirzəzadə belə məlumatların təxribat xarektrli olduğunu bildirib:

“Azərbaycanın çox güclü ordusu, ehtiyatda olan peşəkar hərbiçiləri var. Müharibə olarsa belə, xaricdə yaşayan həmvətənlərimizi ölkəyə çağırmağa ehtiyac olmayacaq. Həmvətənlərimiz ölkə xaricində öz mübarizələrini aparırlar. Onlar olduqları ölkələrdə Azərbaycanın haqq səsini, Ermənistanın isə təcavüzkar siyasətini hər kəsin diqqətinə çatdırırlar. Bunun özü də ölkəmiz üçün çox önəmlidir. Biz bütün istiqamətlərdə öz mübarizəmizi aparmalıyıq”. Sezar pizza

Millət vəkili sosial şəbəkələrdə ermənilərin azərbaycanlı adı altında təxribat yaratdığını da bildirib:

“Ermənilər sosial şəbəkədə, xüsusilə "Facebook"da azərbaycanlı adı ilə hesab açıb, əleyhimizə təbliğat aparırlar. Onlar yalan, heç bir mənbəsi olmayan informasiya yayırlar. Əlbəttə ki, bunun məqsədi Azərbaycanda xaos, çaşqınlıq, təlaş yaratmaqdır. Vətəndaşlarımız gərək bu məsələdə son dərəcə ehtiyyatlı olub, düşmənin belə təxribatlarının işə yaramasına imkan verməsinlər”. /Redaktor.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!