Təltif edilməyən generallar - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Təltif edilməyən generallar - SİYAHI

Siyasət

10 Dekabr 2020 07:20 3707


Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediliblər.

“Yeni Sabah” "BakuPost"a istinadən xəbər verir ki, sərəncamlarda əsas diqqət çəkən məqamlardan biri də bəzi məşhur generalların və yüksək rütbəli zabitlərin adlarının olmamasıdır. pizza hut

Heç bir mükafata layiq görülməyən yüksək rütbəli zabitlərin siyahısını təqdim edirik:

Nəcməddin Sadıkov - Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik

Kərəm Mustafayev - Azərbaycan Silahlı Qüvvələrinin General-polkovniki, Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı

Rövşən Əkbərov - General-leytenant, Azərbaycan Respublikasının Milli Qəhrəmanı.

Xəqani Cəbrayılov - Azərbaycan Ordusunun birlik komandiri, general-mayor

Tehran Mənsimov - Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Komandanlarından biri, polkovnik


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!