“Temu” vətəndaşları belə aldadır – Ekspert dövlət agentliyinə irad bildirdi   - YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

“Temu” vətəndaşları belə aldadır – Ekspert dövlət agentliyinə irad bildirdi - YENİLƏNİB

Sosial

26 Noyabr 2024 13:24 4441


Onlayn satış platformalarından məhsul sifarişləri gündən-günə artmaqdadır. Bu vətəndaşlar üçün müəyyən rahatlıqlar yaratsa da, bir çox hallarda müxtəlif problemləri də özü ilə gətirir. Azərbaycanda da xeyli məşhurlaşan “Temu” platforması ilə bağlı narazılıqlar özünü göstərir. Şikayətlərin başlıca səbəbi sifariş olunan məhsulun eynisinin göndərilməməsi və yaxud xarab və sınıq göndərilməsidir.

Bu hallarda vətəndaşlar nə etməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hazırda “Temu” platforması müxtəlif reklamlarla əhalini birbaşa aldatmaqla məşğuldur: pizza hut

“Əslində, internet üzərindən satış platformaları artdıqca keyfiyyət yüksəlməlidir. Təəssüf ki, əksidir. Bunu Azad İstehlakçılar Birliyinə gələn şikayətlər gəlir. Məsələn, “Temu” ilə bağlı edilən sonuncu şikayətdə vətəndaş qalın tava reklamına aldanıb və sözügedən məhsulu sifariş edib. Lakin göndərilən mal qızılı rənglə boyanmış nazik və aliminium tava olub.

Digər bir şikayətdə isə şəxs bəyəndiyi saatı alıb və göndərilən sadəcə boş şəkil olub. Yəni bazara yeni daxil olan “Temu” müxtəlif reklamlarla əhalini birbaşa aldatmaqla məşğuldur.

Ümumiyyətlə, internet üzərindən satışlar zamanı istehlakçı hüquqlarının pozulması geniş formada davam edir. İstehlakçı reklama baxır və ona uyğun məhsul sifariş edir, lakin gələn mal onun tələbatını ödəmir. Bu zaman dəyişmək və qaytarmaq istədikdə problemlə üzləşir. İkinci halda isə istehlakçı hansısa məhsulu sifariş verir və bu zaman bəzi hallarda məhsul itirilir. Bundan sonra həmin məhsulu axtarmaq istehlakçı böyük problemlər yaşayır. Digər bir halda isə mal bəzən sınmış formada gəlib çıxır”. 

Eyyub Hüseynov qeyd edib ki, bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir:

“İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələlərdə həddən artıq zəiflik göstərir. Bütün bunların da əsas səbəbi odur ki, “İstehlakçıların hüquqları haqqında qanun” 1995-ci ildə qəbul olunub, lakin yeniliklərlə bağlı qanunda heç bir dəyişiklik edilməyib. Bu vəziyyət biznes qurumlarının sui-istifadə etməsinə gətirib çıxarır.

Bir sözlə, istehlakçı hüquqlarını qoruyan təşkilatın rəhbəri kimi deyirəm, internet platformasından heç vaxt dərman almayın. Belə dərmanların təxminən 70 faizi keyfiyyətsiz olur. Kuryerlərdən məhsulu götürən zaman mütləq şəkildə kassa çeki alınmalıdır. Eyni zamanda, məhsullarla bağlı zəmanət talonu tələb edilməlidir. Vətəndaşlar bu kimi hallarla qarşılaşan zaman “195” qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə və yaxud Azad İstehlakçılar Birliyinə yazılı müraciət edə bilərlər”.

***

Temu-dan səslənən iddia ilə bağlı “Yeni Sabah”a bildirilib:

“Temuda məqsədimiz keyfiyyətli malları sərfəli qiymətlərlə təklif etməklə istehlakçıların gündəlik həyatını zənginləşdirməkdir. Biz təsvir olunduğu kimi olmayan, zədələnmiş və ya çatmayan mallar üçün 90 günlük pulun geri qaytarılması zəmanəti veririk və hər sifariş üçün ilk qaytarma pulsuzdur. Müştərilər proqram və ya veb sayt vasitəsilə istənilən yardım üçün müştəri xidmətlərimizlə əlaqə saxlaya bilərlər.”

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ELMİRA
    Trendyol tərəfindən təslim edilən bağlamamı Dynamex karqo şirkəti itirdi .Məhsulu sifariş verən ildə lirə baha olduğuna görə 40 azn ödəmişdim.Antiinhisar... şikayətimdən sonra mənə 10 azn qaytarmaq istəyirlər.Çooox məsuliyyətsiz şirkətdir
    1 year ago