“Ermənistandakı “Yerkrapa” təşkilatı mülki əhali ilə işləyən bir təşkilatdır. Bu təşkilat 18 yaşına qədər olan gəncləri hazırlayır, daha sonra isə “Yerkrapa” üzvləri hərbi xidmətə gedirlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.
Hərbi ekspert “Yerkrapa” terror təşkilatının sədri Sasun Mikayelyanın 10 minə yaxın təşkilat üzvünün guya Azərbaycanla sərhəddə keşik çəkməsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib. Pepperoni pizza
Xatırladaq ki, sözügedən təşkilat Birinci Qarabağ müharibəsində əliyalın azərbaycanlıların soyqırımında iştirak etmiş hərbçilər tərəfindən qurulub.
Müsahibimizin fikrincə isə çox güman ki, “Yerkrapa” sədri Sasun Mikayelyanın nəzərdə tutduğu şəxslər hazırda hərbi xidmətdə fəaliyyət göstərən əsgərlərdir:
“Çünki bunlar “Yerkrapa” üzvləridir və onlar qayıdanda yenə də təşkilatda fəaliyyətlərini davam etdirəcəklər. Həmçinin Ermənistanda könüllü hərbi təşkilat olan “Yerkrapa” və “Voma” səfərbərliyə çağırılan şəxsləri hərbi təlimlərə cəlb edirlər. Burada məqsəd odur ki, bu şəxslər orduya çağırılanda nisbətən hazırlıqlı olsunlar. Yəni onların hər hansı bir özfəaliyyət icra etməsi yalnız hərbi strukturun içərisində mümkündür. Yoxsa ki, onlar ayrıca olaraq hərbiləşdirilmiş bir təşkilat kimi sərhədlərimizdə fəaliyyət göstərə bilməzlər. Sadəcə onların üzvləri hazırlıqlardan sonra orduya çağırırlar və daşıdıqları siyasi mövqenin strategiyası çərçivəsində əmrləri yerinə yetirirlər”.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, bu gün Ermənistanla şərti sərhəddə yalnız erməni ordusu dayanıb:
“Yoxsa ki, “Yerkrapa”nın sərhəddə hər hansı bir fəaliyyət göstərməsi mümkün deyil. Bundan başqa, birinci eşelon qüvvələrimiz qarşı tərəfdən mümkün ola biləcək təxribatlara qarşı adekvat cavab vermək üçün hazırdır. Sasun Mikayelyanın sözügedən açıqlamalarına gəldikdə isə o, bu təşkilatın PR-ı ilə məşğuldur. Çünki “Yerkrapa” ilə “Voma” arasında belə bir rəqabət var ki, onlar öz üzvlərini daha çox qurumlara cəlb edə bilsinlər. Bu məsələnin əsas təsir dairəsi isə budur ki, onlar milliyyətçi kəsimin üzvləridir və “Böyük Ermənistan”, “Miatsum” ideyaları ilə gəncləri zəhərləyirlər. Nəticədə onların üzvləri ideyalarını ordu sıralarında da daşıyır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız