“Tərtər işi”ndə bəraət aldı, 182 min manat təzminat alacaq

saytların hazırlanması

Evə çatdırılma

“Tərtər işi”ndə bəraət aldı, 182 min manat təzminat alacaq

Kriminal

19 Oktyabr 2023 12:19 535


“Tərtər işi” ilə bağlı 20 il müddətinə məhkum edilərək 5 il 7 ay sonra bəraət alan baş leytenant Sultan Zeydullayevə təzminat kəsilib. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib. 

Məhkəmə iddiaçının tələbini qismən təmin edib.  pizza mizza

Qərara əsasən, S.Zeydullayevə maddi ziyana görə 115 min 642 manat, mənəvi ziyana görə 67 min manat, ümumilikdə 182 min 642 manat təzminat ayrılıb.

İş üzrə cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi qərardan narazı qalıb.

Qeyd edək ki, baş leytenant Zeydullayev Sultan Ramazanoviç 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il bəaət alaraq azadlığa buraxılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!