“Təxminən 10 gündən sonra Rusiya ordusu...” - Amerika generalı

saytların hazırlanması

Evə çatdırılma

“Təxminən 10 gündən sonra Rusiya ordusu...” - Amerika generalı

Dünya

15 Mart 2022 08:27 2252


"Əgər Qərb ölkələri Ukrayna tərəfinə dəstəyi artırsa, onda təxminən 10 gündən sonra Ukraynada ruslar geri dönüş nöqtəsini keçəcək - müharibə zamanı onlar aktiv döyüş əməliyyatları apara bilməyəcəklər".

Moderator.az xəbər verir ki, bunu "MSNBC" telekanalına açıqlamasında ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, istefada olan general Ben Hodjes bildirib. 

"Ukraynadakı müharibə zamanı Rusiya Federasiyası  qarşıdurmanın tükənmə mərhələsinə - şəhərlərin bombalanmasına, yollarda dinc əhalinin öldürülməsinə keçib" -deyə Amerika generalı əlavə edib. Pepperoni pizza

Onun fikrincə, düşmənin kifayət qədər şəxsi heyəti, vaxtı çatmır, onun döyüş sursatı da tükənir.

"Təxminən 10 gün ərzində... Bir şərtlə ki, biz,  Qərb, Ukraynaya dəstəyi nəinki davam etdirək, həm də Ukrayna qüvvələrinin təchizatını artıraq ki, onlar Rusiya artilleriyasını, ordusunu məhv etmək və raket zərbələrini dəf etmək imkanına malik olsunlar. Bir şərtlə ki, biz bunu edək... Sonra 10 gün ərzində ruslar bu müharibədə daha aktiv döyüş əməliyyatları apara bilməyəcəkləri dönüş nöqtəsini keçəcəklər”, - ekspert vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!