“Texnika vəhşinin əlində bir yığın metaldır” -   Rusiyalı politoloq erməniləri təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

“Texnika vəhşinin əlində bir yığın metaldır” - Rusiyalı politoloq erməniləri təhqir etdi

Siyasət

09 Dekabr 2020 09:57 980


Rusiyalı politoloq Yevgeni Satanovski Ermənistan ordusunun müasir rus hərbi texnikasından səmərəli istifadə edə bilmədiyini söyləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq öz teleqram-kanalında yazıb: "Nikol Paşinyanın sözlərinə görə, Qarabağda Azərbaycanla son müharibədə Ermənistanın məğlub olmasının səbəblərindən biri də "Rusiya elektron müharibə sisteminin (REB) işləməməsi" olub".

Eyni zamanda mütəxəssis vəziyyəti belə izah edib: "Sadə rus dilinə çevrəbdə belə çıxır ki, Rusiya onlara pis silahlar verib". pizza mizza

Lakin Satanovski Dağlıq Qarabağda bu yaxınlarda baş vermiş hərbi əməliyyatların bu cür təfsiri ilə qətiyyən razı olmadığını bildirib. Ekspert qeyd edib ki, Paşinyanın rusları günahkar çıxarmaq cəhdi hiddət doğurur.

“Rusiyanın elektron müharibə sistemlərinə gəlincə... Texnika vəhşinin əlində bir yığın metaldır. Köhnə deyimdir, amma dəqiqdir” deyən Satanovski, Paşinyanı dəstəkləyən mürtəce qüvvələrin hakimiyyətə gəlişindən sonra çox sayda yüksək ixtisaslı kadrlarını itirən Ermənistan silahlı qüvvələrinin hazırlıq səviyyəsinin aşağı olduğuna işarə edib. (Virtulaz.org)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!