Texniki baxışla bağlı DƏYİŞİKLİK - Yanvarın 15-dən...

saytların hazırlanması

Evə çatdırılma

Texniki baxışla bağlı DƏYİŞİKLİK - Yanvarın 15-dən...

Sosial

13 Yanvar 2025 18:47 69125


Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, 2025-ci ilin 15 yanvar tarixindən etibarən həmin mərkəzlər həftənin I-VI günləri saat 23:00-dək, həftənin bazar günü isə saat 18:00-dək fəaliyyət göstərəcək.

Əhaliyə keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi üzün sözügedən mərkəzlərdə zəruri şərait yaradılıb. Sezar pizza

Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azərin
    Teniki baxış məntəqələri sanki dövlətdən kənar bir strukturdur. Dölət banklarının kartları bu struktur üçün yararsızdır, ödəniş yalnız nəğdi formada qəbul edilir.
    1 year ago
  • Gggg
    Bizde texniki baxish var beyem ? 30 manatliq shey 130 manatdi ))) mashin tormusuz girir cixir ela qiymetnen ))) coxlarida getmeden edir )))
    1 year ago
  • Haller
    ...bu xeber texniki baxisla deyil, is qrafiki ile bir xeberdir!!! "dahi" muxbir...gozun aydin xeberin oxundu, pulunu ala bilersen..
    1 year ago