Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

saytların hazırlanması

Evə çatdırılma

Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Sosial

17 Yanvar 2025 10:55 314


Teymur Əsgərzadə "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin baş direktorunun müavini təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, eyni zamanda, qurumun baş direktoru vəzifəsinin icrası ona həvalə olunub.

Teymur Əsgərzadə Azərbaycan Dövlət İqtisad Universitetində "Kommersiya və beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr və magistr təhsili alıb. pizza mizza

Telekommunikasiya sahəsində 15 ildən artıqdır uğurlu təcrübəyə malikdir.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyalar İnstitutunda İT üzrə mütəxəssis kimi işə başlayıb, müxtəlif şirkət və müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.

2019 - 2023-cü illərdə "Azerconnect" MMC-də strateji layihələrə rəhbərlik edib.

Bu təyinata qədər "FMG" şirkətində icraçı direktor və layihələr üzrə baş direktorun müşaviri vəzifələrini icra edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!