Təyyarə səfəri olanlara   VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Təyyarə səfəri olanlara VACİB AÇIQLAMA

Sosial

04 Yanvar 2025 09:38 1007


"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçan "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında baş verən qəzası son günlərin ən mühüm hadisələrindən birinə çevrilib. Bu faciə aviasiya təhlükəsizliyi ilə bağlı cəmiyyətdə ciddi narahatlıq doğurub, eyni zamanda, təyyarə ilə səyahət edən insanlarda uçuş qorxusunun daha da artmasına səbəb olub.
 

Maraqlıdır, bu hadisə təyyarə qorxusu olan, yaxud bu qorxunu yenməyi bacaran insanlara necə təsir edəcək?

Mövzunun psixoloji detallarını Yenisabah.az-a açıqlayan psixoloq Vüsalə Rüstəm bu barədə bir sıra vacib nüanslara toxunub:

“Baş verən qəzalar zamanı ya da ondan sonra insanlarda qorxular (fobiyalar) yaranır. Bu hal normaldır. İnsan beyni  həyatı üçün olan bütün təhdidləri qorxu siqnalı kimi qəbul edir və bu hal uzun zaman davam edə bilir. Baş vermiş qəzanın içərisindən sağ çıxmış insanların qorxusu ilə hadisələri kənardan izləyən insanların hissləri arasında çox böyük fərq olur. Hər hansı bir qəzadan və bədbəxt hadisədən şans əsəri sağ qurtaran insanların beyni çox təsirə məruz qalır. İlkin zamanlarda baş ağrıları, yuxusuzluq, qorxu, isterika ağlamalar, günlərlə susqunluq, fikrini ifadə edə bilməmək, sağlamlığında müxtəlif dəyişikliklər aylarla davam edə bilir. Bu orqanizmin aldığı şok effektinə cavab reaksiyasıdır. Belə ardıcıl reaksiya ilə beyin özünü sakitləşdirir. Bəzi adamlarda bu hal öz -özünə sönüb keçib gedir, bəzilərinə isə mütəxəssis dəstəyi və ailə üzvlərinin diqqəti vacibdir”. Pepperoni pizza

Psixoloq qeyd edib ki, qəzadan sonra təyyarədən qorxma halları isə normaldır, amma qorxu elə bir hissdir ki, beyində dərinləşdisə, onu oradan uzun zaman çıxara bilmirsən:

“Kənardan hadisəni izləyərək qorxu hissi keçirən insanlar isə gün boyu  hadisə qurbanları ilə bağlı aldığı informasiya o qorxunu daha da gərginləşdirir. Günlər keçdikcə qorxu yaradacaq xəbərlər də azalmağa başlayır. İnsan beyni ona gərginlik və yük verən informasiyanı asanlıqla gizlədə bilir. Bununlada qorxu hissi keçib gedir.

Bir müddət təyyarə ilə səfəri olan insanlar emosional olaraq yüklənəcəklər, ancaq təyyarə ilə hərəkət dünyada ən tez və təhlükəsiz hesab edilir. Sadə dillə desək, qorxunun əcələ heç bir faydası yoxdur”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!