Təyyarə qəzasında həlak olan şəxs Balakəndə dəfn edildi

saytların hazırlanması

Evə çatdırılma

Təyyarə qəzasında həlak olan şəxs Balakəndə dəfn edildi

Sosial

27 Dekabr 2024 10:47 226


Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi ailəsinə təhvil verilib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, daha sonra onun nəşi rayonun Şərif kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində R.Filiyevin doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dominos pizza

R.Filiyev ailəli idi, 10 aylıq oğlu var.

Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15-i Balakən rayon sakini olub, onlardan 10-u qəza zamanı həyatını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!