Azərbaycan ərazisində Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yenisabah.az xəbər verir ki, Bakı vaxtilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, qatarlar fit veriblər.
Bakıda, digər şəhər və rayonlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Dominos pizza
Xatırladaq ki, bu gün Azərbaycanda matəmdir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Telegram kanalımız