Əməkdar artist Elnarə Abdullayeva tamaşaçılardan gileylənib. Tanınmış xanəndə bəzi izləyicilərin müğənnilərə qənim kəsildiyini deyib.
Yenisabah.az xəbər verir ki, ifaçı bu barədə " Həmin Zaur" verlişində danışıb. Müğənninin sözlərinə görə, bəzi tamaşaçılar, xüsusilə sosial şəbəkə iştirakçıları müğənniləri təftiş etməklə məşğuldur: "Təzə paltar geyinəndə deyirlər ki, Elnarə qudurub. Köhnə libasla efirə çıxanda yenə narazılıq edirlər. Deyirlər ki, sənətkardı, xalqın qarşısını çıxır, amma geyiminə fikir vermir. Yazırlar k,ı filan müğənni xalqa hörmətsizlik edir. Mən köhnə paltar geyinirəm, sizə nə? Siz mənim geyimimə deyil, sənətimə qiymət verin".
Elnarə Abdullayeva həqiqi sənət adamlarının ehtiyac içərisində yaşadığını bildirib. Onun sözlərinə görə, insanlar bəzən bir dəst təzə paltarı, bir evi sənətkarlara çox görürlər: "Səsi olmayanların, "nanay-nanay" deyənlərin milyonları var, villalarda yaşayırlar, amma bir dəfə bunu dilə gətirən yoxdur. Bizim isə hər addımımızı müzakirə edirlər". pizza sifarişi
Verilişin digər qonağı, əməkdar artist Nüşabə Ələsgərli həmkarına qaxmar çıxıb. Ələsgərli Elnarə Abdullayevaya belə adamlara əhəmiyyət verməməyi məsləhət görüb: "Sözün kimə deyildiyi önəmli deyil, əsas olan sözü kimin dediyidir. Hamıya fikir vermək lazım deyil".
ƏSMƏTXANIM
Telegram kanalımız