Tiflisdə etirazçılar parlamentə qayıdırlar 

saytların hazırlanması

Evə çatdırılma

Tiflisdə etirazçılar parlamentə qayıdırlar 

Dünya

14 May 2024 21:29 500


Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlamentin yaxınlığındakı Rustaveli prospektindən ayrılıb. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, "xarici agentlər haqqında" qanuna etiraz edənlərin qanunvericilik binasına qayıtmasına icazə verilib.

Polis bir neçə saat ərzində Rustaveli prospektini bağlamışdı. Etirazçıların bəziləri parlament binasının qarşısındakı dəmir hasara zərər vuraraq onun həyətinə girməyə cəhd etdikdən sonra təhlükəsizlik qüvvələri etirazçıları parlamentdən uzaqlaşdırmışdı. Hətta bir neçə nəfər həbs edilmişdi. Dördpendirli pizza

Məlumata görə, nümayişçilərin sayı azaldıqdan sonra DİN qalan etirazçıların parlamentə doğru qayıtmasına və aksiyanı davam etdirməsinə icazə vermək qərarına gəlib. Etirazçılar parlamentin xidməti girişlərinə aparan 9 Aprel və Çiçinadze küçələrində də yer alıblar. Hazırda parlament qarşısında vəziyyət sakitdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!