“TikTok”da fala baxma adı ilə dələduzluq edən qadınlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”da fala baxma adı ilə dələduzluq edən qadınlar saxlanıldı

Kriminal

11 Aprel 2025 11:29 216


Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluq edən şəxslər saxlanılıblar.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bir kişi fala baxdırmaq üçün “TikTok”da bu barədə elan yerləşdirən səhifələrdən birinə müraciət edib.

Ardınca həmin səhifədən ona cavab yazılaraq əlaqə nömrəsi istənilib. İki qadın onunla danışaraq yalan vəd verməklə 500 manat pul istəyiblər. Qarşı tərəfin istədiyi məbləği kart hesabına köçürdükdən sonra isə həmin nömrəyə zəng çatmayıb və səhifə bloklanıb. Zərərçəkən şəxs dələduzluqla üzləşdiyini anlayandan sonra polisə müraciət edib". Marqarita pizza

Fala baxmaq adı altında dələduzluq edən 46 yaşlı G.Mirzəyeva və 24 yaşlı Ə.Abbasova saxlanılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!